F-1.az xatırladır ki, sprint yarışından sonra əksər sürücülər aqressivlikdən narazı qalıblar, amma keçən il elə həmin sürücülər ötmənin çətinliyindən şikayətçi idilər.
Françesko Banyaya: “Keçən il aerodinamika və başqa səbəblrə görə ötmə etməyin çətin olduğu deyilirdi. İndi isə eyni aerodinamikanın çox aqressiv olduğunu düşünürlər. Arxada deyiləm və nə baş verdiyini bilmirəm. Ancaq indi ötmə etmək üçün bəzi risklərə girməli və aqressiv olmalısınız.
Belə olan halda yaxşı hazırlanmalı və şənbə günü keçirilən yarışa düzgün yanaşmalısınız, çünki qalib gələnə 12 xal verilir. Bu bazar günü qazanılan 25 xal deyil. Buna görə də hər şeyə düzgün nəzarət edilməlidir”.