F-1.az xatırladır ki, Ducati komandasının sürücüsü keçən il çempionatda 91 xal geri düşsə də, fərqi qapadaraq, titula yiyələnmişdi. Buna görə də bu mövsüm 63 nömrəli yox, 1 nömrəli motosikletdə çıxış edəcək.
MotoGP tarixində yalnız Valentino Rossi və Mark Markes titullarını qoruya biliblər.
Françesko Banyaya: “Yarışları izləməyə başlayandan yalnız Mark və Valentino titullarını qoruyublar. Bunu təkrarlamaq üçün çox işləyirəm. 1 nömrəli motosikleti sürmək hörmətə layiqdir. Onu davamlı istifadə etmək üçün çox işləməlisən. Bütün sürücülər 1 nömrəni məndən oğurlamaq istəyir. Ancaq yaxşı işləsək, onu qoruyarıq. Asan olmayaq, amma çalışacağıq”.