F-1.az xatırladır ki, debütant sürücülərin İndy500-də yarışa bilmələri üçün debütant testləri olur və bu testlərdə müəyyən sürətlə lazımi qədər məsafə qət etmək lazımdır.
İspaniyalı sürücü McLaren Honda Andretti komandası ilə trasa çıxıb. 35 yaşlı debütant 205-210 mil/saat sürəti ilə 10 dövrə, 210-215 mil/saat və 215-220 mil/saat aralıqlarında 15 dövrə vurmalı idi. Alonso ilk test günündə 3 aralıqda 51 dövrə vuraraq, 219.654 mil/saat sürətə çatıb.
Mario Andretti: “O bacara biləcəyi şeyləri qüsursuz etdi”.