F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm həm WEC-də, həm də Formula1-də çıxış edəcək. Əksəriyyət düşünür ki, bu qərar Alonsoya mənfi təsir göstərə bilər.
Zek Braun: “Alonso sadəcə Toyota-nın yarış maşınını sürəcək. Kommersiya toplantılarında, sponsor tədbirlərində iştirakı məhdud olacaq. Biz onu Toyota-ya icarəyə vermişik. Onlar sponsor anlaşmalarında Alonsodan istifadə edə bilməzlər. Ümumilikdə, Alonsonun əsas düşüncəsi McLaren-də uğur qazanmaqdır”.