F-1.az xatırladır ki, Alonso Avstraliyada arxadan Qutyerresə çırpılmış və bundan sonra göydə 3 dəfə salto vurararaq baryerlərə dəydikdən sonra dayanmışdı.
McLaren komandasının nümayəndəsi bildirib ki, “biz bolidi qəzadan sonra təhlil etdik və gördük ki, bolidin oturacağı qırılmayıb, amma çatlayıb”.
Qeyd edək ki, Fernando Alonsonun bolidi qəzadan sonra parça-parça olmuşdu, amma ispaniyalı sürücü boliddən xəsarət almadan çıxa bilmişdi. Qəzadan sonra Mclaren komandası mühərriyi yoxlayıb və bildirib ki, mühərriyin əsas komponentlərinə ciddi zərər dəyib. Ona görə də britaniyalılar Bəhreyndə yeni mühərrikdən istifadə edəcəklər.
Qeyd edək ki, FİA həkimləri bildiriblər ki, Alonsonun bu qəzada sonra sağ qalması böyük möcüzə olub…