Əlbəttə, söhbət Andretti Autosport komandasına aid olan və McLaren-in narıncı rənginə boyanmış DW12 şassisindən gedir. Güman etmək olar ki, maşının okeanın o tayından Ovyedodakı muzeyə gətirilməsi vaxt alacaq. Lakin ikiqat dünya çempionu şənbə günü şəxsi Twitter bloqunda muzeyində yeni eksponatın olduğunu elan edib – bu, Fernandonun McLaren-ə qayıtdığı ilk ildə yarışdığı MP4-30 bolididir.
F-1.az bildirir ki, muzeydə artıq 14 eksponat var. İspan sürücü Formula1-də 2001-ci ildən etibarən yarışır və indiyə qədər 16 fərqli boliddə mübarizə aparıb. Yarışdığı ilk maşın Minardi PS01, hələlik son maşın isə McLaren MCL32-dir. Fernando ilk dəfə deyil ki, komanda ilə bağladığı müqaviləyə sonradan maşının şəxsi mülkiyyətinə keçəcəyi ilə bağlı bənd əlavə etdirir…
Nuevo formula 1 llega al @CircuitoMuseoFA !
New F1 arrives to the museum. 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻 #fans #historia #compartir #14thF1atmuseum pic.twitter.com/Cq3oErlTXn— Fernando Alonso (@alo_oficial) June 3, 2017