F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 7-ci yerdən başlayıb və startda Maqnusseni keçərək, 6-cı yerə yüksəlib. Lakin o, sonradan öndəki rəqiblərinin tempinə cavab verə bilməyib. Pit-stopa girərkən pit yolunu qaçırıb və buna görə 5 saniyə cəzası alıb.
Virtual təhlükəsizlik zamanı pitə gələn Alonsonun başı yen dərddən qurtulmayıb. Bu dəfə pit-stopda gecikdirilən Alonso xal zonasından kənara düşüb. Bundan sonra isə o trasdan çıxaraq, sonuncu yerə düşüb və bu mövsüm ilk dəfə xal qazana bilməyib.
Alonso yarış vaxtı maşın üçün “sürmək mümkünsüzdür” demişdi. Üstəlik trasdan çıxması bəzi suallara səbəb olub. Yarışdan sonra bu suallara cavab tapılıb.
Alonsonun sol ön asılqanlarının qapaqlarından biri qırılıb. Bu hal ikinci dövrənin beşinci döngəsində əylənmə zamanı baş verib. Aşağıdakı şəkildə problemi daha dəqiq görmək mümkündür.