F.Alonsonun debüt tarixi açıqlanıb

Formula1 üzrə ikiqat Dünya Çempionu Fernando Alonso debüt edəcəyi İndy500 yarışı üçün testlərə başlayacaq.

F-1.az bildirir ki, Fernando Alonso martın 3-də səkkiz saatlıq test edəcək. Yarışın ilk sərbəst yürüşləri isə mayın 15-də keçiriləcək.

İspaniyalı sürücü Andretti Autosport tərəfindən hazırlanmış McLaren Honda-nı sürəcək. Bu bolid son üç İndy500 yarışında qalib gəlib.

35 yaşlı sürücü 101-ci İndy500 yarışında iştirak üçün Monako QP-dən imtina edib. Alonsonun hədəfi isə İndy500-də qalib gələrək avtoidmanın 3 tacını (Monako QP, İndy500 və 24 saatlıq Le Man marafonu) qazanmağa bir addım daha yaxınlaşmaqdır. Xatırladaq ki, ispaniyalı sürücü 2006-cı və 2007-ci illərdə Monakoda qalib gəlib…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*