F-1.az xatırladır ki, MCL33-ün görüntüsü bir qrup tərəfindən bəyənilsə də, başqa bir qrupun tənqidlərinə məruz qalıb. Proqnozlaşdırıldığı kimi bolidin rəngi papaya narıncısıdır və bəzi hissələr mavi və qara rəngə boyanıb. Komandanın qış testləri üçün əsas hədəfi günə 500 km yol qət etməkdir və Avstraliya yarışından əvvəl böyük yeniliklər gözlənilir.
Fernando Alonso: “Qış tətili mənim üçün qısa oldu. Çünki 24 saatlıq bir yarışda iştirak etdim və prototip maşınlarını test etdim. Üçaylıq fasilədən sonra yenidən Formula1 bolidinin sükanı arxasına keçmək üçün səbirsizlənirəm. Yeni bolidə baxanda həyəcanlanıram. Lakin eyni zamanda narahatam. Bu bolid komanda üçün çox vacibdir və buna görə də bütün potensialımızı ortaya qoymaq istəyirik. Keçən il şassimiz güclü idi və bunu qoruya bilsək, Renault mühərriyi də yaxş vəziyyətdə olsa, ön qrupda mübarizə apara bilərik. Yeni bolidi sevdim. Yeni rəng çaları göz oxşayır. Çəkiliş günündə trasa çıxmaq üçün səbirsizlənirəm”.