F-1.az bildirir ki, bugünkü mətbuat konfransının ilk hissəsində Fernando Alonso, Lyuis Həmilton, Daniel Rikkiardo və Sebastyan Fettel iştirak ediblər. Jurnalistlər sürücülərdən “Formula1-i idarə etsəydiniz, idmana nə əlavə edərdiniz?” sualını soruşublar.
Rikkardo bu suala “Las Veqasda yarış”, Həmilton “Mayamidə yarış”, Fettel “Almaniyada yarış” cavablarını veriblər. Alonso isə onlardan tamamilə fərqli cavab verib. İspaniyalı “Bütün komandalara eyni güclü mühərrik” cavabını verərək, Honda-nın son illərdəki vəziyyətinə toxunmaqla toplaşanları güldürüb. Bunu eşidən Rikkardo “elektrik motoru olmasın”, Həmilton isə “Honda motoru olmasın” deyə müdaxilə ediblər.