F.Alonsodan Honda-ya sərt tənqid

Fernando Alonso Barselonada az məsafə qət etdiyi test günündən sonra McLaren-in mühərrik tərəfdaşı Honda-nı tənqid edib.

F-1.az xatırladır ki, son iki mövsüm McLaren üçün yaxşı keçməyib və vəziyyət bu il də dəyişməyib. McLaren demək olar ki, testlərin hər günündə mühərrik dəyişdirməli olub və buna görə də daha az məsafə qət edib.

Fernando Alonso: “Şassi cəhətdən çox geridə olduğumuzu düşünmürəm. Sadəcə bir problemimiz var – güc qurğusu. Nə dözümlülüy var, nə də gücü, rəqiblərimizə düzlüklərdə 30 km/saat uduzuruq. Düzlüklərdə bu qədər geri qalsanız, boliddə heç nəyi hiss edə bilməzsiniz. Hər şey yaxşı görünsə də, normal sürətə çatanda nələrin olacağını bilmirsiniz.

Düzünü desəm, vəziyyət keçənilkinə bənzəyir. 2015-ci ildə indikinə nisbətən çox geridə idik. Bu il isə əsəblərimizi pozur, çünki reqlament dəyişir və qışda ümid edirsiniz ki, rəqiblərlə aradakı fərqi bağlayacaqsınız. İnkişaf etməliyik. Vəziyyət ideal deyil. Böyük komandayıq. McLaren uzun illər idmanda hegemonluq etdi və Dünya Çempionu olmaq üçün mübarizə apardı. Hamı McLaren-dən qorxur, çünki McLaren hər problemi tez həll edir. Buna ehtiyacımız var. Hamı reaksiya verməlidir. Bir yerdə işləməliyik. Amma bütün komndanın reaksiyasını gözləyirəm.

O gün yaşadığımız yağ çəni problemi həvəskarcasına bir problem idi. İlk gündən etibarən etibarlılıq və performans mövzusunda problemlər yaşadıq. Daha çox dövrə vursanız, daha çox şey kəşf edərsiniz. Amma biz hər gün cəmi 40 dövrə vura bilirik. Elə bil hələ də testlərin ikinci günündəyik. Bu cür kiçik şeyləri kəşf edirik. Avstraliya üçün narahat deyilik. Orada mübarizəyə hazır olacağıq”.

Jurnalistlər Alonsodan “3-cü döngəni tam sürətlə dönürsünüz?” soruşduqda, ispaniyalı zarafatla “Bəli, nəinki 3-cü döngəni, bütün döngələri tam sürətlə dönürük” cavabını verib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*