F-1.az xatırladır ki, Fernando Alonso sıranma turunda 14-cü, Censon Batton isə 12-ci piləni tutublar.
Fernando Alonso: “Sözün düzü, 3-cü seansa qalmaq hədəfimiz yox idi, amma yavaş-yavaş sonuncu seansa yaxınlaşırıq.
Sonuncu seansa çıxmaq üçün 0.1-0.2 saniyəyə ehtiyacımız var, amma bu gün 10-cu yer uğrunda çox sürücü mübarizə aparırdı. Bu yer uğrunda 5 sürücü mübarizı apardı və biz 5-ci olduq.
Mən 14-cü yeri tutdum və bu vəziyyət heç də yaxşı deyil, amma bundan artığını bacara bilməzdik. Sürətimiz bəs etmədi”.
Alonsonun komanda yoldaşı Censon Batton bildirib ki, havanın soyuması onlara pis təsir edib: “Bütün həftə yaxşı təsir bağışladıq. Sıralanma turunda bolidin ön tərəfi sürüşürdü. Havanın soyuması bizə pis təsir etdi.
Hər şey orada dəyişdi. Ön qanadda balansı dəyişdirə bilərdik, amma bunu etsəydik, bolidin arxa tərəfi sürüşəcəkdi”.