F.Alonso: Yenilikləri yoxlaya bilmədik

Dünən Monrealda sərbəst yürüşlərdə tam proqramı yerinə yetirmək hər iki sessiyada mümkün olmayıb.

F-1.az xatırladır ki, ilk sessiyada Qaslinin qəzasından sonra FOM-a aid CCTV qurğularının sıradan çıması səbəbindən işləmək mümkün olmayıb. Yarım saat uzadılmış ikinci sessiyada isə həm qırmızı bayraq, həm də sonlarda yağan yağış sürücülərə mane olub.

Fernando Alonso: “Dəstəyi hiss etmək və yenidən kanadalı azarkeşlərlə danışmaq xoşdur. Təəssüf ki, trasda texniki problemlərə görə ilk məşqi keçirmək mümkün olmadı. Yeni detalları tam başa düşmək üçün kifayət qədər vaxtımız olmadı, buna görə də hələ də hər şeyi təhlil etməli və onların xüsusiyyətlərini öyrənməyə davam etməliyik. Şənbə günü biz hava radarını izləməliyik, çünki bizi daha bir dəyişkən hava ilə zəngin gün gözləyə bilər”.

Xatırladaq ki, Fernando dünən axşam baş tutan məşqlərdə dördüncü olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*