F-1.az xatırladır ki, Aston Martin komandası İspaniyaya ilk böyük yenilik paketini gətirib. İspaniyalı sürücü də publikası önündə keçirilən cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb.
Fernando Alonso: “Mübarizə o qədər yaxındır ki, 0.1-0.2 saniyə sizi sıralanmada fərqli yerə gətirir. Buna görə də cədvələ çox fikir verməyin. Sərbəst yürüşlər istədiyimiz kimi keçdi və proqramı yerinə yetirdik. Bu yaxşı haldır və təkərləri öyrənməyə davam edirik.
Tras düşündüyümüzdən daha yavaş idi. Buna görə də sazlanmalar üzərində daha çox işləməliyik, amma cümə günü əla keçdi. Yeniliklər əla işləyirlər. Bolidə qoyub işlədə bilmədiyimiz detal yoxdur. Bəhreyndən bəri belədir. Yeniliklərdən razıyıq və şənbə günü hamı gücünü göstərəndə harada olduğumuzu görəcəyik.
Eşitdiyimə görə tribunaların 67 faizi yaşıldır və bu inanılmaz haldır. Deyəsən 2005-2007-ci illərə qayıdırıq. Bu dəstəyi və xüsusi enerjini içimdə hiss edirəm. Azarkeçlərin dəstəyi çox gözəl idi. Bolidi sürəndə eşitməsəm də, coşğularını hiss edirdim. Ümid edirəm ki, onlar üçün yaxşı nəticə qazanarıq”.