F.Alonso: Yeni reqlamentdə hər şey müəmmalıdır

Alpine komandasının sürücüsü Fernando Alonso reqlament dəyişikliyinə görə növbəti mövsümün müəmmalı olacağını düşünür.

F-1.az xatırladır ki, 2008-ci ildə Ferrari və McLaren çox üstün idilər, amma 2009-cu ildə reqlament dəyişdikdən sonra Brawn GP çempion olmuş və 2010-2013-cü illərdə Red Bull ardıcıl titul qazanmışdı.

2014-cü ildəki yeni texniki reqlamentdən sonra isə Mercedes-in idmandakı hegemonluğu başladı. Növbəti mövsüm yenə də reqlamentdə köklü dəyişikliklər olacaq. Buna görə də növbəti mövsümdə əksrə Formula1 fanatları sürprizlər gözləyirlər.

Fernando Alonso: “Belə ciddi dəyişikliklər olanda heç nəyin təminatı olmur. Heç kim gələcəkdə necə olacağını bilmir. Hazırda favorit olan komandalar belə yeni reqlamentə görə çox narahatdırlar. Gələn mövsümün ilk 2 yarışı növbəti 5 mövsümün necə keçəcəyidən xəbər verəcək. Reqlament dəyişəndən sonra üstün olan komanda gücünü həmişə qoruyub. Rəqiblər onlara yaxınlaşsa da, qalib gələn dəyişməz olaraq qalır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*