F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 20-ci yerdən başlasa da, startdan sonra 12-ci pilləyə qədər yüksələ bilmişdi, amma yarışın 32-ci dövrəsində yaranan benzin təzyiqi probleminə görə mübarizəni dayandırmalı olmuşdu.
Fernando Alonso: “Çətin günlər keçiririk. Növbəti dəfə problem yaşadıq və damalı bayrağı görə bilmədik. Buraya gələndə elə də böyük gözləntilərimiz yox idi. Onsuz da aldığım cəzalardan sonra xal qazanmaq da möcüzə kimi bir şey idi. Silverstoun kimi qəliz bir trasda yarışa sonuncu yerdən başlamaq çətin idi. Benzin təzyiqi probleminə görə də mübarizəni dayandırmalı olduq. Yaxşı ki, mühərriyə zərər dəymədi. Növbəti yarışda da eyni mühərrikdən istifadə edəcəyik. Ən azından mübarizəni dayandırmamışdan əvvəl xal mövqeyində deyildik. Buna görə də çox məyus deyiləm”.