F.Alonso: “Yeddinci yer – xoş sürprizdir”

McLaren komandasının sürücüsü Fernando Alonso Barselonada sərbəst yürüşlərdə problemlərə baxmayaraq, sıralanma turunda heç kimin gözləmədiyi halda 7-ci yeri tutub. O, sessiyadan sonra azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. İspan sürücü sabahkı yarışda da uğur qazanacağına ümid edir.

Fernando sıralanma turundan sonra müsahibə verib. F-1.az həmin müsahibəni təqdim edir.

Sual: Fernando, səhər nə yemisiniz? Yoxsa tamaşaçılar sizi ruhlandırdı?

Fernando Alonso: Ola bilsin ki, azarkeşlərin işidir və ya oval trasdakı testlər mənə düzlükdə sürətli olmağı öyrədib. Sıralanma turu bizim üçün uğurlu alındı. Yeddincilik sürpriz nəticədir. Görək, yarışda nə baş verir.

Sual: Əla nəticədir! Siz sabah bu mövqeni saxlaya biləcəyinizə ümid edirsiz? Görünür, maşında temp var, yoxsa siz tək dövrədə hər şeyi mükəmməl etdiniz?

Fernando Alonso: Görək necə olur. Burada ötmələr etmək çətindir, buna görə də mövqeyimi qorumaq şansım var.

Sual: Deyəsən, sizə cümə günlərində məşqlərdə iştirak etmək yox, tennis oynamaq lazımdır. Çünki siz sarsıdıcı nəticəyə nail olmusunuz!

Fernando Alonso: Bəli, mən dünəndən sıralanma turuna hazır idim. Hər şey gözlədiyimiz kimi oldu. Son sessiyaya keçmək və yeddinci olmaq – yaxşı nəticədir. Maşının potensialı pis deyil və biz bunu dünəndən görmüşdük. Lakin hər iki sessiya istədiyimiz kimi alınmamışdı. Biz bu gün hər şeyi düz etdik və mən maşından əmin idim. Trasın şəraiti pis idi və güclü külək əsirdi, amma maşından razı qaldım.

Bundan əlavə, komandaya görə də şadam. Çünki hamı çox işləyir. Bizim oğlanlar ilk yarışlarda görün neçə güc qurğuqu dəyişməli oldular. Mən sabah yaxşı yerdən start alacam və liderlər qrupu ilə mübarizə aparmağa çalışacam. Bu, komanda üçün əla motivasiya oldu.

Sual: Azarkeşləriniz sizin üçün xüsusi şeylər edib. Onlar sizi dəstəklədi, siz isə onları…

Fernando Alonso: Burada bütün amilləri nəzərə almaq vacibdir – maşının davranışı, küləyin istiqaməti, şinlər və s. Bu Qran Pri mənim üçün həmişə uğurlu alınıb. Lakin yarış sabahdır, sıralanma turuna görə xal verilmir. Buna görə də düzgün strategiya hazırlamaq, yaxşı start almaq və hər şeyin öhdəsindən gələrək xal qazanmaq lazımdır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*