F-1.az xatırladır ki, ispaniyalı sürücü Bakıdakı yarışa 10-cu yerdən başlasa da, finişə 7-ci yerdə çatıb.
Fernando Alonso: “Məncə, gözəl gün idi. Bakı çıtin trasdır və sıralanma turunda hər şeyi yenidən gördük. Bakıda hər şeyi düzgün etsəniz, qabağa düşə bilərsiniz. Yarışda da bunu etdik. Yeddinci yerdən razıyam.
Burada daha yaxşı nəticə gözləyirdim, çünki çətin trasdır. Bu maşınlarla əylənmək də çətin olduğu üçün səhv edənlərin çox olacağını düşünmüşdüm. Görək Kanadada nə baş verir. Düzgün sazlanma tapıb yaxşı nəticə qazanmalıyıq”.