F.Alonso: “Yeddinci ola bilərdik”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Monakoda mübarizəni dayandırmasa, 7-ci ola bilərmiş.

F-1.az xatırladır ki, bu il ilk 5 yarışı onluqda bitirərək hər yarışda xal alan 3 pilotdan biri olan Alonso Monakoda 8-ci yerdə gedərkən ötürmələr qutusunda problem yaşayaraq mübarizəni dayandırıb.

Fernando Alonso: “Bu il ilk dəfə xalsız qaldım. Məyusam, çünki bu hal Monakoda baş verdi. Problemin səbəbini bilmirəm. Komanda təhlil edəcək. Ötürmələr qutusu ola bilər. Mühərrik də. Ancaq 5-ci ötürmədə ciddi problem var idi. Buna görə də ötürmələr qutusunda problem olduğunu düşünürəm. Performansımız pis olmasa da, çətin həftəsonu idi. Çətin idi, çünki həm əyləclərdə, həm də sazlanmalarda problem yaşadıq. Yarışda 7-ci ola bilərdim. Qazana biləcəyim ən yüksək nəticə o idi. Yaxşı xallar ala bilərdik, lakin etibarlılıq problemi imkan vermədi. İşləyib tempimizi artırmalıyıq. Öndəki komandalara nisbətən zəifik, amma inkişafa davam edirik. Yeniliklər hesabına güclənə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*