F-1.az xatırladır ki, ispaniyalı sürücü İndianapolisdə əfsanəvi 500 millik yarışda da Honda mühərriyinin partlaması üzündən damalı bayrağı görə bilməmişdi.
Fernando Alonso: “Kanadada Monakodakı kimi olmasa da, daha güclü olmağa çalışacağıq. Bolid son yarışlara nisbətən güclüdür. İspaniyada 7-ci yerdən başladıq və Monakoda hər iki bolidlə son sessiyaya qaldıq. Mövsümün ikinci yarısından etibarən daha yaxşı nəticələr göstərə bilərik. Gələcəyimlə bağlı seçimlər çoxdur, lakin bu barədə danışmaq üçün tezdir. Yay fasiləsində ətraflı düşünəcəm. Zamanı gələndə nələr olacağını görəcəyik”.