F-1.az xatırladır ki, ikiqat Dünya Çempionunun 40 yaşı var və Kimi Rəykkönenin təqaüdə çıxması ilə peletondakı ən yaşlı sürücü statusunu qazanıb.
Fernando Alonso: “Yaş cəhətdən özümü yaxşı hiss edirəm və düzünü desəm, bu üstünlükdür. Bütün trasları tanıyıram. Hazırda digər sürücülər 18 düyməlik təkərləri test edirlər. Lakin mən bu təkərləri Dözümlülük yarışlarından tanıyıram. Təkərlərin davranışı eynidir. Eyni stildə sürməlisiniz. Bu təkərlər əvvəlkilərdən fərqlidir. Digər sürücülər bu təkərləri yeni tanıdı halda, mən 3 ildir ki, tanıyıram.
Yaşlı olmağın ən pis cəhəti ilin 300 günü yarışlara hazırlaşa bilməkdir. Bu işə fokuslanmaq üçün buna kömək edən həyat tərziniz olmalıdır. Bundan başqa digər şeylər üstünlükdür. Hazırda həyatımı Formula1-ə həsrr etmək istəyirəm.
Fiziki cəhətdən hazırlığa gəldikdə isə müasir dövrdəki bolidləri sürmək çox çətin deyil. 2004 və 2005-ci ildəki maşınlar sürdüyüm ən ağır maşınlar idilər”.