F-1.az xatırldır ki, ispaniyalı sürücü bu il 39 yaşında idmana qayıtmış və mövsümün ilk 5 yarışında bərbad performans göstərmişdi. Lakin, ikiqat Dünya Çempionu Azərbaycan yarışından başlayaraq, performansını artırmışdı.
Fernando Alonso: “Yaşlılığın da öz problemləri var. İlk yarışlarda mənim üçün çətin idi. Formula1-də texniki tərəf fərqlidir. Digər kateqoriyalar bəsit olurlar. Lakin Formula1-də daha çox elektronila və aerodinamika var. Komanda ilə başqa dildə danışırıq və bu mənə çətin oldu. Formula1-də təcrübə yaxşı şeydir, amma motor güclüdürsə, 23 ya da 40 yaş arasında ciddi fərq olmur. Məsələn, Karlos Saynsın yaşı 50-i keçsə də, Dakarda qələbə qazanır”.