F.Alonso yarışmaq üçün səbirsizlənir

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, səbirsizliklə Bəhreyn yarışını gözləyir...

F-1.az xatırladır ki, Fernando Alonso Avstaliyadakı ağır qəzadan sonra ağrılarının olduğunu demişdi və ispaniyalı sürücünü həftənin dördüncü günü tibbi komissiya gözləyir.

Fernando Alonso: “Avstraliyadakı qəzadan sonra Bəhreynə gələ bildim, indi özümü yaxşı hiss edirəm. Dincəlmək üçün yetərincə vaxtım oldu və artıq bolidə minmək üçün səbirsizlənirəm.

Melburn bizim üçün böyük yarış deyildi. Qəzadan əvvəl yaxşı mübarizə aparırdım, amma nəticədə yarışxarici qaldıq. Bütün bunlara baxmayaraq, bolidin performansı bizi ümidləndirir. Bəhreyndə təcrübələrimizdən istifadə edəcəyik.

Bəhreyndə yarışdan həzz alacam. Keçmiş illərdə burada yaxşı nəticələr qazanmışam. Bəhreyndə 3 dəfə qalib gəlmişəm. Tras ötmələr etmək üçün əlverişlidir.

Yarış uzundur və yarış ərzində müxtəlif strategiyalar barədə düşünməliyik. Hər şey ola bilər. Ümid edirəm ki, yarış bizim üçün yaxşı keçər.

Biz çalışırıq ki, hər yarış yenilik gətirək. Mən yeni bir şassi ilə yarışacam və istəyirik ki, mümkün qədər çox dövrə vuraq.

Komanda yeni şassini çatdırmaq üçün çox işlədi. Sakura və Uokinq zavodlarındakı işçilərə təşəkkür edirəm. Onlar gecə-gündüz işlədirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*