F-1.az xatırladır ki, ispaniyalı sürücü 2018-ci il mövsümünün sonunda Formula1 karyerasını bitirmişdi. İkiqat Dünya Çempionu bundan sonra Dünya Dözümlülük Çempionatında və Dakar Rallisində yarışmışdı. 38 yaşlı sürücü may ayında İndy500-də mübarisə aparmalı idi, ancaq İndianapolisdəki bu yarış da koronavirus pandemiyasına görə təxirə salınıb.
Fernando Alonso: “İndyCar və İndy500 planlarını təxirə saldı. Bu hal bitənə qədər yarışmaq barədə düşünmək istəmirəm.
Gələcəyimlə bağlı qərara yaydan sonra qərar verəcəm. Formula1 2021-ci illə bağlı reqlamenti bir il təxirə saldı. Gələn il Dakarda yarışıb-yarışmayacağımı bilmirəm. Ancaq iki ildən sonra mütləq yarışmaq istəyirəm”.