F.Alonso: “Yarışların nəticələrini əvvəldən bilirik”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Formula1-də nəticələrin əvvəldən proqnozlaşdırılması pis haldır.

F-1.az xatırladır ki, Mercedes son 4 ildə rahatlıqla Dünya Çempionu olur.

Fernando Alonso: “Məncə, azarkeşlər daha yaxın mübarizə izləməlidirlər. Bu həmişə yaxşı qəbul olunur. Əvvəllər yarışlara televizorda baxarkən, 1989-cu və 1990-cı illərdə liderlər ilk 4 yer xaricində bütün sürücüləri 1 dövrə qabaqlayırdılar. Amma həmin illərə qızıl illər deyilir. Çünki əfsanəvi sürücülər yarışırdı.

Müasir dövrdə digər seriyalarda, məsələn, İndyCar-da son 10 dövrəyə qədər proqnoz verə bilmirsiniz və hamı yarışı həyəcanla izləyir. İndi isə cümə axşamı sıralanma turunun nəticələrini yazırıq və bu, məyusedicidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*