F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 9-cu yerdən başlasa da, startda 7-ci pilləyə yüksəlib, amma daha sonra əyləc kanalına ilişən sendviç paketinə görə mübarizəni dayandırıb.
Fernando Alonso
: “Əvvəla Formula1-ə qayıtmaq əla oldu. Startda əyləndim və bir neçə yer qazandım. Daha sonra köhnə dostlarımla mübarizə apardım. Lakin finişə çata bilməmək pis oldu. İkinci pitdən sonra arxa əyləcdə problem olduğunu anladıq. Hansısa zibil soyutma kanallarına girərək, bolidi qızdırmışdı.
Orta qrup bir-birinə çox yaxındır. Fərqlər 0.1-0,2 saniyə arasındadır. Məncə, bizi çox maraqlı mövsüm gözləyir”.