F.Alonso: “Yarışda yaxşı şansımız olacaq”

McLaren komandasının sürücüsü Fernando Alonso sıralanma turundakı pis nəticəyə baxmayaraq, yarışdan yaxşı nəticə gözləyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Fransadakı yarışa 16-cı yerdən başlayacaq. Bu, ikiqat Dünya Çempionunun builki sıralanma turlarında ən pis nəticəsidir.

Fernando Alonso: “Nəticəyə görə məyusam. İşləməliyik. Builki 7 yarışda problem yaşamadığımız halda xal qazana bilərdik. Yarışda böyük şansımız ola bilər. Sıralanmadan əvvəl 14-15-ci yerləri tutacağımızı danışmışdıq. Elə də oldu. Xoşbəxt və pozitivik. Bazar günü yaxşı performans göstərə bilərik. Performansımız göründüyü kimidir. Son illərin ən böyük istedadlarından olan Stoffeldən 0.2 saniyə qabaqdayam. Maksimumuz budur. Əlimdən gələni edirəm və GP3 və GP2-də çempion olmuş sürücünü sıralanma turunda 8:0 məğlub edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*