F-1.az xəbər verir ki, həftənin əvvəlində sürücü vətəni İspaniyada müayinədən keçmişdi, amma rentgen şüalanmasını minimuma endirmək üçün tomoqrafik müayinə olunmamışdı. Ona görə də bu gün həkimlər onun sinəsini skanerə salıblar, daha sonra isə iki həftə ərzində baş verən dəyişikliklərin dinamikası öyrənilib.
Həkimlərin yekun qərarına əsasən sürücü yarışa buraxılıb. Amma Fernando sabah birinci sərbəst yürüşlərdən sonra təkrar müayinədən keçməlidir, yalnız bundan sonra onun tam çıxışına icazə veriləcək.