F-1.az xatırladır ki, Aston martin komandası mövsümöncəsi qış testlərində etibarlı təsir bağışlayıb və ən sürətli üçüncü komanda kimi görünüb. “Yaşıllar”ın son gündəki yarış tempi performansı hamını təəccübləndirib.
Fernando Alonso: “Testdən sonra bir söz demək çətindir, çünki çox şey dəyişəcək. Məsələn, yarış tempində işlədik. Bəhreyn yarışındakı kimi 57 dövrəlik yanacaq götürdük və pit-stoplara qədər yarışdakı kimi etdik. Ferrari də bizimlə eyni proqramı tətbiq etdi və yarış tempində işlədi. Biz onlardan sürətli idik”.