F-1.az xatırladır ki, ispaniyalı sürücü Amerikadakı sıralanma turunda 9-cu olsa da, daxikiyanma mühərrikini dəyişdiyi üçün yarışa 14-cü yerdən başlayacaq.
Fernando Alonso: “Birinci və ikinci sessiyalardan sonra 7-cilik ya da 8-cilik gözləyirdim. Üçüncü sərbəst yürüşlərdə çox güclü olmadığımızı gördük. Onsuz da Esteban da birinci sessiyada uduzdu. Bu bizim üçün normal hal deyil. Düzünü desəm, son sessiyaya qalıb 9-cu olmaqdan razıyam. Cəza ilə birgə 14-cü yerdən başlasam da, bizi maraqlı yarış gözləyir. 8-ci ya da 9-cu olmağa çalışağaq. Hədəfimiz budur. Yarış tempimiz daha güclüdür. Strategiya ilə geridönüş edə bilərik. Hədəfimiz Lando Norrisə yaxın bir yerdə finişə çatmaqdır”.