F.Alonso: Yarış qəzası idi

Alpine komandasının sürücüsü Fernando Alonso düşünür ki, İtaliya yarışında Maks və Lyuis hər şeyi düz ediblər.

F-1.az xatırladır ki, Montsada çempionluğa əsas iki namizəd olan Lyuis Həmilton və Maks Ferstappen insident yaşayıblar və mübarizəni dayandırıblar. Yarışdan sonra hadisəni araşdıran stüardlar hollandiyalı pilota Rusiyada startda 3 yer itirmək cəzası veriblər.

Fernando Alonso: “Hər ikisi də çempionluğa oynayır və həmişə limitlərdə mübarizə aparırlar. Qəzaya təzə baxmışam. Bəxtləri gətirməyib. Orada porebrikə dəyəndə bolid tullandı və arxa təkərlərə təmas elədi. Nəticədə bolid uçdu. Lakin sürət aşağı idi. 30-0 km/saat sürətdə oldu. Təhlükə yox idi. Lakin Sillverstoun təhlükəli idi. Bu, yarış qəzasıdır.

Lyuis birinci döngəni genişdən dönərək, Maksın orada düz getməsini istədi. Maks isə belə etmədi və dönməyə yeri yox idi. İkisi də düz elədi. Heyif ki, təmas yaşadılar. Bu trasda belə hücumlar çox olur. Lakin bu dəfə onların bəxti gətirmədi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*