F-1.az xatırladır ki, bu gün birinci sərbəst yürüşlərdə sürücülər ortalama 5 dövrə vurublar. İkinci sərbəst yürüşlər isə pis hava şəraitinə görə keçirilməyib.
Fernando Alonso: “Pis hava şəraitinə baxmayaraq, buraya gələn azarkeşləri görmək gözəl hissdir. Bütün çətinliklərə baxmayaraq, əylənməyi bacarırlar. Amma trasa çıxıb dövrə vura bilmədiyimiz üçün məyusuq. Onlara gözəl şou nümayiş etdirmək istərdik, amma bunun üçün sabahı gözləməliyik.
Bu trası gözəl tanıyıram və buna görə də itirilən vaxt mənə çox təsir etməyəcək. Təbii ki, yeni reqlamentdən sonra bolidlərin əylənmə nöqtələri və döngələrə giriş trayektoriyaları fərqli olacaq. Amma bunu sabahkı sərbəst yürüşdə daha yaxşı görə bilərik. Hava şəraitinin necə olacağı çox önəmlidir. Əgər yağış yağsa, şansımız ola bilər. Amma quru havada işimiz çətin olacaq”.