F-1.az xatırladır ki, ispaniyalı sürücü Macarıstanda ad günündə 8-ci olaraq, xalını 44-ə yüksəldib.
Fernando Alonso: “Bizim üçün yaxşı bazar günü oldu. Komanda körpüsü yaxşı strategiya seçdi. Birinci pit-stopa gec getdik. Rəqiblərimizdən 15 dövrə çox atdıq. Bunun hesabına Stoffellə birlikdə 4-5 yer qazandıq. Səkkizinci və doqquzuncu yerlərə layiq idik. Amma Stoffel ötürmələr qutusu probleminə görə yarışı dayandırdı. Buna baxmayaraq, bazar günü yaxşı keçdi. Dörd xal qazandığım üçün xoşbəxtəm. İndi isə istirahət vaxtıdır”.