F.Alonso xaos istəyir

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, etibarsızlıq problemi yaşamasalar, yaxşı xallar qazanacaqlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son iki yarışda yaxşı xallar qazanacağı halda, motor probleminə görə mübarizəni dayandırmışdı. İkiqat Dünya Çempionu Yaponiya yarışına 7-ci yerdən başlayacaq.

Fernando Alonso: “Bu həftəsonu həm yağışda, həm də quruda rahat idim. Yarışda hər şeyə hazırıq. Əsil mübarizə McLaren-lə olacaq. Hər iki maşınla McLaren-lərin önündə başlayırıq. Görək nə olur.

Məncə, yağışda daha güclüyük. Buna görə də yağışın yağması xeyrimizədir. Yarışın ortasında yağsa, gözəl olar, çünki belə olan halda xaos da artacaq. Bu da bizim xeyrimizə olacaq. Səbəbi isə onların titul uğrunda mübarizə aparmasıdır. Çox risk etməyəcəklər. Biz isə risk edə bilərik.

Bolidimiz də güclü idi. Bilmirəm altlığa görədir yoxsa başqa şeydir, amma problem yaşamadıq. Güclü görünürdük. Bütün komandalar bir-birlərinə yaxındırlar. Çox təəccübləndim. Yarışda problem yaşamasaq, əla xallar qazana bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*