Fernando Alonso: “Ümid edirəm ki, Şpilberqdə qaldığımız yerdən davam edəcəyik. Sprint yarışı olan həftəsonlarında enerjini lazımi səviyyədə saxlamaq vacibdir. Xoşbəxtlikdən Silverstounla ora arasında məsafə çox deyil və yorğun olmayacağıq. Red Bull Rinq çox qısadır və sıralanma turunda nəticələr arasında fərq az olur. Kiçik bir səhv böyük itkilərə səbəb ola bilər. Tras sprint yarış üçün idealdır – ötmələrə imkan verir. Xal qazanmaq seriyasını davam etdirmək istəyirəm.
Sprint yarışı olan həftəsonlarının əsas fərqi mükəmməl sazlanmaları tapmaq üçün cəmi bir məşq sessiyasının olmasıdır. Əslində hava şəraitinə görə Silverstounda da vəziyyət eyni oldu. Bu formatda olan bir neçə həftəsonunda iştirak etmişik və sprint yarışı artıq bizə tanışdır. Bununla belə, bu yarışda daha çox xal verilməsinin tərəfdarıyam, bu, yarışa daha çox məna qatar”.