F-1.az xatırladır ki, McLaren komandası testlərdə ardıcıl 11 dövrə vura bilməsə də, bugünkü sessiyalarda iki sürücüsü ilə 84 dövrə vura bilib.
Fernando Alonso: “Boliddən maksimumu çıxardığımızı düşünürəm və bu, bizim üçün pozitiv addımdır. Dövrəvi nəticələrə görə rəqiblərimizdən çox geri qalırıq, amma hələki buna fikir verməməliyik. Əsas etibarlılıqdır və onu həll etməliyik. Kimin ön, kimin orta qrupda olması mənə maraqlı deyil. Biz çempion olmaq, yarışlar və podiumlar qazanmaq istəyirik. Buna hazırda nail ola bilmədiyimiz üçün neçənci yerdə olduğumuza fikir vermirəm”.