Bu dəyişikliklərə görə startda ən azı 35 yer itirəcəyi dəqiq olan Fernando Alonso bu barədə danışıb: “Həftəsonuna yeni güc qurğusu ilə başlayıb cəmi 3 dövrə sonra onu dəyişdirməyə məcbur olmaq heç də ideal vəziyyət deyil. Lakin bunun sərbəst yürüşlərdə baş verməsi yaxşıdır. Yarışda xal uğrunda mübarizə apararkən belə problemlə qarşılaşmaq çox pis olur. Bundan dərs almalı və təkrarlanmaması üçün çalışmalıyıq.
Yarışa ən arxadan başlayacağam və irəliləmək üçün əlimdən gələni edəcəyəm. Yanımda Lyuisin olmasını gözləyirəm. O, yarışa məndən daha sürətli başlayacaq. Mən də onun arxasınca gedib fürsətlərdən istifadə etməyə çalışmalıyam. Yeni güc qurğusu barədə dəqiq söz demək mümkün deyil. Şənbə günü onun potensialını daha yaxşı görə biləcəyik. İnanıram ki, bir qədər inkişaf əldə edilib…”