F-1.az bildirir ki, hadisənin təfərrüatları barədə məlumat verilməyib, lakin Fernandonun qəza zamanı velosiped sürdüyü məlumdur və maşınla toqquşduğu bildirilir. Onun dərhal xəstəxanaya çatdırılması da komandasının açıqlamasından sonra məlum olub.
Alpine komandasının bəyanatında deyilir: “Biz Fernandonun İsveçrədə velosiped sürərkən qəzaya uğradığını təsdiqləyirik. Onun şüuru yerindədir və özünü normal hiss edir. İndi deyə biləcəklərimiz bunlardır və sabah səhərə təyin olunan tibbi müayinədən sonra ətraflı məlumat verə biləcəyik”.