F-1.az xatırladır ki, Aston Martin qış testlərində indiyə kimi yaxşı performans göstərib. Əksəriyyət düşünür ki, onlar orta qrupun ən yaxşısı olacaqlar.
Fernando Alonso: “Boliddə bəzi şeyləri kəşf etməyə çalışırıq. Bu il fəlsəfəmizi tamamilə dəyişdirdik. Bolidin 95 faizi yenilənib. İndi isə fərqli sazlanmalar sınayırıq.
Bolidin potensialını tapmaq üçün bir neçə yarış lazımdır. Bunu üçgünlük testdə etmək mümlün deyil. Lakin bolidin təməli yaxşıdır. Mövsüm ərzində təkmilləşdirə bilərik”.