F-1.az xatırladır ki, belçikalı sürücü bu il arxada qalan bütün sıralanma turlarında Alonsodan geri qalıb. İspaniyalı sürücü 44 xal topladığı halda, Vandornun cəmi 8 xalı var.
AMuS iddia edir ki, Vandornun menecerləri Hokkenhaymda Sauber komandasının motorhoumunda olublar.
Fernando Alonso: “Əvvəlki komanda yoldaşlarım Stoffeldən çox geridə idilər. 2014-cü ildə Kimi hər sıralanmada 0.6-0.7 saniyə geridə qalırdı. İndi fərq azdır. Stoffeli tənqid etmək üçün səbəb yoxdur. İnsanlar ona zaman verməlidirlər”.