F-1.az xatırladır ki, Batton 2017-ci ildə yarışmayacağını açıqladıqdan sonra belçikalı sürücü britaniyalıların yeni sürücüsü olub.
Amna Vandorn bilir ki, Battonu əvəz etmək onun üçün heç də asan olmayacaq. Amma Alonso inanır ki, onlar gələn il yaxşı işlər görəcəklər: “Biz Censon ilə Vandorna kömək edəcəyik, çünki biz bilirik ki, o McLarenin gələcəyi olacaq. Bu il Censon ilə rəqabət aparırıq, amma eyni zamanda komandanın inkişafı üçün də işləyirik.
Stoffel də mühəndislərlə davamlı işləyirdi və test pilotu kimi bizə çox kömək etdi. Mənim üçün gələn il çox şey dəyişməyəcək. Yenə də öz işimə fokuskanacam. Amma Censonla bir yerdə Stoffelə kömək edəcəyik”.