F-1.az xatırladır ki, ispaniyalı sürücü daha əvvəl 3 dəfə qalib gəldiyi Malayziyada 11-ci olduğu halda, Vandorn 7-ci olub və turnir cədvəlində təcrübəli komanda yoldaşını qabaqlayıb.
Fernando Alonso: “Stoffel son yarışlarda məndən daha güclüdür və nəticələrə layiqdir. Boliddən maksimumu aldı və Malayziyada sürətli olduğunu gördük. Bolidimiz güclüdür və bundan istifadə etməliyik. Malayziyadakı yarışdan sonra Yaponiyada daha özünə inamlı olacaq. Öz publikamız önündə yaxşı nəticə qazanmaq istəyirik. Yaponiyanı sevirəm. Belimdə Samuray döyməsi var. Bura gözəl ölkədir və vacib mədəniyyətə sahibdirlər. Qışdan bəri çox inkişaf etdik, amma hələ də istədiyimiz yerdə deyilik. Ümid edirəm növbəti yarışlarda daha güclü olarıq”.