F-1.az xatırladır ki, ispaniyalı sürücü həmin yarışa 11-ci yerdən başlamış və startda 8-ci yerə yüksəlmişdi. Pit-stopdan sonra 4-cü yerə yüksələn Alonso öndəki rəqiblərin problem yaşaması ilə liderliyə yüksəlmiş və Valensiyada yeganə qələbəsinə sevinmişdi.
Fernando Alonso: “Yarışı yenidən keçirsək, qazana bilməzdik. 100 yarışdan 99-da qələbə mümkünsüz idi. Hər şey çox əlverişli idi. Bolid sürətli deyildi və son sessiyaya qalmamışdıq. Mənim üçün inanılmaz idi”.