F-1.az xatırladır ki, Qəhrəmanmaraş mərkəzli zəlzələdən sonra Türkiyənin 10 fərqli şəhərində böyük dağıntılar olub və hazırda olan statistikaya görə 18342 nəfər dünyasını dəyişib. Ölülərin və yaralıların sayı gün keçdikcə artmaqdadır. Lakin zəlzələdən beş gün keçsə də, yıxıntıların altından hələ də sağ çıxanlar var.
Fernando Alonso: “Türkiyə və Suriyada baş verən zəlzələdən sonra çox insanın tibbi müayinəyə və təmiz suya ehtiyacı var. Unicef İspaniya zəlzələdən təsirlənən uşaqlara və ailələrə kömək edirlər. Bütün dəstəyim onlarladır”.