F-1.az xəbər vermişdi ki, 36 yaşlı sürücü bu ildən etibarən WEC-də Toyota komandasının şərəfini qoruyacaq. İspaniyalı sürücü buna görə yeni LMP1 maşınını test etməyə başlayıb. Alonso gecələr də daxil olmaqla 3 gün davam edən testlərdə iştirak edib. Toyota testlər barədə məlumat verməyib, lakin hər şeyin qaydasında olduğu bildirilib. Növbəti testlər aprel ayında Pol Rikar trasında baş tutacaq.
F.Alonso Toyota ilə testə çıxıb
Fernando Alonso LMP1 maşınlarına öyrəşmək üçün testlərə başlayıb.