F.Alonso testlərə başçılıq edib (video)

Gələn həftəsonu okeanın o biri tayında əfsanəvi İndianapolis trasında İndyCar çempionatın ən vacib mərhələsi - 500 millik marafon yarışı baş tutacaq.

F-1.az xəbər verir ki, McLaren komandasının sürücüsü Fernando Alonso Monako Qran Prisinə qatılmaqdan imtina edərək əfsanəvi yarışda start almağa üstünlük verib. Marafon ağır olduğu üçün həm təcrübəli sürücülərə, həm də debütantlara bir neçə mərhələdən ibarət testlər təqdim olunur.

İki həftə əvvəl ispaniyalı sürücü debütant sürücülər üçün vacib olan minimum proqramı yerinə yetirdikdən sonra yarışın startına rəsmən buraxılmışdı, bu gün isə trasda debütantlar üçün əsl sərbəst yürüşlər baş tutub.

İkiqat dünya çempionu oval trasda 26-cı dövrədə göstərdiyi 40.6074 saniyəlik nəticə ilə protokollara başçılıq edib. Ən yaxşı dövrəsində Alonsonun orta sürəti 221.634 mil/saat təşkil edib.

https://www.youtube.com/watch?v=THrhkxnPN1Y

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*