F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 13-cü yerdən başlayıb və iki Red Bull-la Rəykkönenin mübarizəni vaxtından əvvəl dayandırması ilə 7-ci ola bilib. Beləliklə, ilk iki yarışdan sonra 16 xal toplayan ikiqat Dünya Çempionu turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.
Fernando Alonso: “Sıralanma turundakı problemi ilk dövrədə həll etdik. Güzgülərə baxıb Həmiltonu arxamda görəndə öz özümə “harada olduğumu bilmirəm, ancaq Həmilton arxamdadırsa, deməli vəziyyət pis deyil” dedim. Amma tempimiz olmadığı üçün Hülkenberq və Maqnussenlə mübarizı apara bilməzdik. Çox çətin həftəsonunda iki bolidlə də xal alaraq yaxşı nəticə əldə etdik. Lakin inkişaf etməliyik, çünki yarışdakı nəticəmiz təsadüf idi”.