F-1.az xatırladır ki, Fernando Alonso 2014-cü ilin sonunda McLaren komandası ilə 3 illik müqavilə imzalayıb. Amma keçən il McLaren Honda çox zəif təsir bağışlayıb və ispaniyalı karyerasının debüt ilindən sonra ən pis mövsümünü keçirib.
Bundan sonra şayiələr yayılıb ki, əgər McLaren Honda-nın 2016-cı il bolidi MP4-31 də zəif olsa, Fernando Alonso təqaüdə çıxacaq.
Fernando Alonso mətbuata bu barədə açıqlama verib: “Bu iddiaları eşidəndə təəccübləndim, amma hər həftə belə söz-söhbətlər çıxır.
Xüsusi ilə də yarış olmayan həftələr çox təhlükəlidir, amma artıq testlər başlayıb və bizi trasda görürlər. Ümid edirəm ki, bu söz-söhbətlər bitər.
Bu şayiə Abu Dabi QP-də çıxdı. Sabahsı gün bildirdim ki, belə şey olmayacaq və iddiaları təkzib etdim.
Keçənilki bolidim çox yeni idi, amma indi inkişaf etmişik və bolidimiz daha yaxşıdır”.