F.Alonso təqaüdə çıxır?

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, çempionluq üçün çox gözləyə bilməyəcək və güclü komandaya transfer olunmasa, Formula1 karyerasını bitirəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2005-ci və 2006-cı illərdə Dünya Çempionu, 2007-ci, 2010-cu və 2012-ci illərdə isə vitse-çempion olmuşdu. Amma 35 yaşlı sürücü 2015-ci ildə McLaren komandasına keçdikdən sonra işlər onun üçün yaxşı getmir. Alonsonun bu illər ərzində ən yaxşı nəticəsi 5-cilik olub.

Qeyd edək ki, təcrübəli sürücünün McLaren-lə müqaviləsi ilin sonunda bitir və onun adı Mercedes, Renault və Ferrari komandaları ilə hallanır.

Lakin Ferrari Fettel və Rəykkönen, Mercedes isə Həmilton və Bottas cütü ilə davam etsə, Alonso üçün iki alternativ: Renault və McLaren qalacaq.

Fernando Alonso: “Əgər sürətli bolid tapa bilməsəm, nə edəcəyimi düşünməli olacam. Harada olacağımı mən də bilmirəm. Bu suala verməyə cavabım yoxdur.

Formula1-də istedadımı göstərə biləcəyim boliddə olmaq və yenidən yarış qazanmaq istəyirəm. İlin sonunda McLaren-lə müqaviləm bitir və qərar verməkdə sərbəst olacam. Amma əsas məqsədim yarış qazana biləcəyim komanda tapmaqdır. Əgər tapa bilməsəm, bir qərar verməli olacam. Çünki arxa sıralarda sürməkdən həzz almıram. Ümid edirəm ki, güclü bolid taparam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*