F-1.az xatırladır ki, ispaniyalı sürücü Niderlanddakı cümə sərbəst yürüşlərində altıncı olub.
Fernando Alonso: “İlk gün yaxşı keçdi, amma cümə günü həmişə sürətli oluruq. Şənbə və bazar günləri isə yavaşlayırıq. Buna görə də şənbə gününü gözləməliyik, ancaq indiyə kimi sürətli görünürük.
Sessiya ərzində çoxlu qırmızı bayraq gördük. Buna görə də şənbə günü hamı inkişaf edəcək. Eynilə biz də. Cümə günü çətin keçdi. Hamımız trafikdə qalırdıq. Təkərlər soyuyanda isə sıfırdan başlayırıq. Sıralanma turu trafikə görə çətin olacaq. Xüsusilə də birinci sessiya”.